Rusiya prezidenti Vladimir Putin Ukraynanın infrastrukturuna endirilən raket və digər zərbələrin “effektiv və vaxtında” olduğunu bildirib. Bizimyol.info xəbər verir ki, Putinin sözlərinə görə, bu hücumlar Ukrayna ordusunun texnika və sursat təminatına, şəxsi heyətin rotasiyasına və müdafiə sənayesinin fəaliyyətinə mane olur.
O, həmçinin Rusiya qoşunlarının cəbhədə hücum tempini artırdığını və “tapşırıqları inamla yerinə yetirdiyini” iddia edib.
Putin Ukraynadan gələn təklifləri isə “qəbuledilməz” adlandırıb və Rusiyanın Ukrayna ərazisinə zərbələrini ölkə daxilindəki mülki obyektlərə qarşı hücumlara cavab kimi təqdim edib.
Qeyd edək ki, son günlər Rusiya zərbələri nəticəsində Ukraynanın Krivoy Roq, Odessa və Kiyev şəhərlərində mülki və infrastruktur obyektlərinə ziyan dəyib. Krivoy Roqda ticarət mərkəzinə hücum nəticəsində 15 nəfərin öldüyü, 100-dən çox şəxsin yaralandığı bildirilir.