RUSİYA XAHİŞ EDİR... - Bütün ölkələrə nota göndərilib

Bu gün, 00:16           
RUSİYA XAHİŞ EDİR... - Bütün ölkələrə nota göndərilib
Rusiya bütün ölkələrin diplomatik nümayəndəliklərinə notalar göndərərək, Dövlət Dumasına seçkilər zamanı Rusiyanın həmin ölkələrdəki seçki məntəqələrinin təhlükəsizliyini təmin etməyi və səfirliklərin qarşısında nümayişlərin keçirilməsini qadağan etməyi xahiş edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə verdiyi müsahibədə xüsusi tapşırıqlar üzrə səfir və Rusiya Xarici İşlər Nazirliyinin seçki üzrə komissiya sədrinin müavini Maksim Rayder bildirib.

Onun sözlərinə görə, Moskva xarici ölkələrdən "beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirmələrini" gözləyir.

Rayder deyib: "Seçki günü xarici nümayəndəliklərimizin yaxınlığında nümayişlərin qadağan edilməsi də daxil olmaqla, seçki məntəqələrinin qorunması üçün adekvat tədbirlər tələb edən notalar xarici ölkələrin bütün xarici işlər nazirliklərinə göndərilib”.

Diplomat əlavə edib ki, Rusiya hakimiyyəti də seçki prosesini qorumaq üçün tədbirlər görmək niyyətindədir.

Dövlət Dumasına seçkilər 18-20 sentyabr tarixlərində keçiriləcək. Ruslar 450 deputat seçəcəklər: 225-i partiya siyahılarından, 225-i isə təkmandatlı seçki dairələrindən. Seçki kampaniyası bu gün başlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru