Dünyanın ən sürətli elektrik PUA-sı yaradılıb
Bu gün, 12:08

“Quantum Systems” şirkəti elektrik mühərrikləri və batareyalarla işləyən uçuş aparatları üçün yeni dünya sürət rekordu müəyyənləşdirildiyini açıqlayıb.
Ordu.az xəbər verir ki, “Quantum Systems” şirkəti elektrik mühərrikləri və batareyalarla işləyən uçuş aparatları üçün yeni dünya sürət rekordu müəyyənləşdirildiyini açıqlayıb.
Şirkətin “Apex Recordhunter” adlı Pilotsuz Uçuş Aparatı (PUA) saatda 699 kilometr sürət yığa bilib. Əvvəlki rekord isə saatda 657,59 kilometr olub. “Ginnesin Rekordlar Kitabı”nın nümayəndələri hələ bu nailiyyəti qeydə almayıblar. Buna görə də hazırkı göstərici yeni silah platformasının hazırlanması prosesində aralıq nəticə olaraq qalır.
“Apex Recordhunter” tamhüquqlu məhsul deyil, texnologiya nümayiş etdiricisidir. “Techcult”un məlumatına görə, ucuz və yüksək sürətli elektriklə işləyən PUA-ların döyüş şəraitində zərbə PUA-larının tətbiqinə universal cavab vasitəsinə çevrilməsi nəzərdə tutulur.
Məlumata görə, döyüş PUA-larının son modelləri artıq saatda 600 kilometrə qədər sürət inkişaf etdirir. Buna görə də onları ələ keçirmək üçün nəzərdə tutulan PUA-nın hədəfə çatmaq üçün əhəmiyyətli dərəcədə daha sürətli olması tələb olunur. Bundan əlavə, yüksək sürət müasir hava döyüşündə həlledici amil olan sürətli reaksiya imkanını təmin edir.
Daxiliyanma mühərrikləri və ya reaktiv mühərriklərlə təchiz edilmiş mövcud PUA-lar əhəmiyyətli dərəcədə daha yüksək sürət inkişaf etdirir. Məsələn, RQ-170 “Sentinel” saatda 925 kilometr, “Northrop Grumman X-47B” isə “0,9 Mach” sürətinə çata bilir. Lakin bu vasitələr böyükölçülü və bahalı olduğundan hava hücumundan müdafiə ehtiyacları üçün o qədər də uyğun deyil.
Şahin Qocayev

