ABŞ-da silahlı qruplar arasında atışma olub, 2 nəfər ölüb, 12 yaralı var
6-10-2025, 10:14
ABŞ-ın Alabama ştatının Montgomery bölgəsində gecə klublarının yerləşdiyi izdihamlı ərazidə silahlı qruplar arasında atışma baş verib.
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Rəsmilərin məlumatına görə, atışma nəticəsində 2 nəfər həlak olub, 3-ü ağır olmaqla ümumilikdə 12 nəfər yaralanıb. Polis hadisə ilə bağlı araşdırmaya başladığını bildirib.