Qırğızıstanda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
TASS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Qazaxıstanın Taraz şəhərindən 81 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 8 km dərinlikdə olub.