Kommunalla bağlı DƏYİŞİKLİK - Yeni sistem yaradılır

10-10-2025, 11:34           
Kommunalla bağlı DƏYİŞİKLİK - Yeni sistem yaradılır
Azərbaycanda kommunal xidmətlər sahəsində vahid informasiya sistemi yaradılır.

TEREF xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədrinin müavini Şahin Əliyev "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.

O vurğulayıb ki, I mərhələdə sistemdə istifadəçilərin vahid məlumat bazası formalaşdırılacaq və sayağaclardan daxil olan məlumatlar toplanacaq: "Bu, onun mərkəzləşdirilmiş təhlilini aparmağa imkan verəcək. Növbəti mərhələdə məlumatlar sensorlardan real vaxt rejimində daxil olacaq ki, bu da daha operativ qərar qəbul etməyə imkan verəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru