"Ferrero" reklama 100 milyon dollardan çox vəsait yatıracaq

10-10-2025, 12:58           
"Ferrero" reklama 100 milyon dollardan çox vəsait yatıracaq
İtaliyanın qənnadı məmulatları istehsalçısı "Ferrero"nun Şimali Amerika bölməsi gələn ilin ən böyük idman hadisələri - "Superboul" və futbol üzrə dünya çempionatı zamanı öz məhsulunun reklamına 100 milyon dollardan çox büdcə ayıracaq.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Interfax.ru yayıb.

"Ferrero"nun Şimali Amerika bölməsinin başçısı Maykl Linsi deyib:

"İdman yarışları əvvəlki kimi ən böyük auditoriya toplayır. Biz istehlakçılara televizor qarşısında oturarkən yedikləri məhsulları reklam edəcəyik. Tamaşaçılar "Superboul"a reklam naminə baxırlar ki, bu da zəmanəmizdə unikal haldır. Belə ki, istehlakçılar adətən reklam fasilələri zamanı ya reklamı dayandırır, ya da teleekrandan uzaqlaşırlar".

"Ferrero" "Superboul"da - Amerika futbolu üzrə çempionatın finalında ilk dəfə öz reklamını təqdim edəcək. Çempionatın final mərhələsi fevralda keçiriləcək.

Ötən matç teleauditoriyaya 127.7 milyon tamaşaçı toplamışdı. 30 saniyəlik reklam çarxının qiyməti qeyri-rəsmi məlumata görə 8 milyon dollardır. Matçı gələn il yayımlayacaq "NBCUniversal" sentyabrın əvvəlində bildirib ki, artıq bütün reklam slotları satılıb.

"Ferrero" 1946-cı ildə İtaliyada yaradılıb. Şirkət "Nutella", "Kinder Surprise", "Kinder Chocolate", "Raffaello", "Ferrero Rocher" brendi ilə şokolad və konfetlər istehsal edərək dünyanın 170-dən çox ölkəsinə satır.

İtaliya
Superboul-2025












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru