Türkiyədən idxal olunan məhsullarda uyğunsuzluq aşkarlandı

11-10-2025, 08:14           
Türkiyədən idxal olunan məhsullarda uyğunsuzluq aşkarlandı
Türkiyədən Azərbaycana idxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb.

Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Türkiyədən “Ersağ Azərbaycan” MMC -nin idxal etdiyi, “Ersağ Bitkisel Sağlık Gıda LTD.ŞTI TÜRKİYƏ” müəssisəsinin istehsalı olan ümumi sayı 90 ədəd olmaqla “Ersağ Multivitamin, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu və “Alfa Nuts” MMC-nin idxal etdiyi, “Sns Gıda Kozmetik Ticaret ve Sanayi LTD ŞTİ” müəssisəsinin istehsalı olan ümumi çəkisi 100 kq olmaqla “Çikolatalı fındık bitter ezmeli Hindistan cevizli” əmtəə nişanlı lokum məhsulu partiyalarından nümunələr götürülüb.

Nəticədə məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyaları məhv edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru