Rusiyadan yanacaq qıtlığı ilə bağlı etiraf...

17-10-2025, 00:15           
Rusiyadan yanacaq qıtlığı ilə bağlı etiraf...
Rusiya hökuməti ölkənin enerji bazarında, o cümlədən yanacaq tədarükü ilə bağlı sabitliyi qorumaq üçün mümkün olan hər şeyi edir.

Axar.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

O, yaranan problemləri etiraf edib, lakin onları nəqliyyat və logistika ilə bağlı çətinliklərlə əlaqələndirib.

Qeyd edək ki, bundan öncə yayılan məlumatlara görə, Ukrayna PUA-larının Rusiya neftayırma zavodlarına endirdiyi zərbələr nəticəsində ölkənin ən azı 57 bölgəsində yanacaq təchizatında problemlər yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru