Bakıda yüksək rütbəli məmur qəfil VƏFAT ETDİ - cəmi 4 gün əvvəl isə...

24-10-2025, 07:52           
Bakıda yüksək rütbəli məmur qəfil VƏFAT ETDİ - cəmi 4 gün əvvəl isə...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, o, 65 yaşında qəfil dünyasını dəyişib.

Qeyd edək ki, əməkdar dövlət qulluqçusu Nəriman Qurbanov indiyədək bir sıra vəzifələrdə çalışıb. Vaxtilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan N.Qurbanov daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri olub. O, eyni zamanda, Mədəniyyət Nazirliyində Protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri kimi də fəaliyyət göstərib.

N.Qurbanov oktyabrın 20-də 65 illik yubileyini qeyd etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru