DƏHŞƏTLİ AVTOQƏZA! ölənlər var - Azərbaycanda BU SABAH...
26-10-2025, 11:46
Ağdaşda ağır yol qəzası baş verib. TEREF Report.az - a istinadən xəbər verir ki, saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "KaMAZ" və "Qazel" markalı yük avtomobilləri toqquşub. Nəticədə "Qazel"in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini (şəxsiyyəti dəqiqləşdirilir-red) aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.