Şəmkirdə bədbəxt hadisə: Xurma gəncin həyatına son qoydu 8-11-2025, 00:08 Şəmkir rayonunda bədbəxt hadisə baş verib.Sitat.info xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Ənvər Cəfərov xurma yeyərkən meyvə onun nəfəs borusuna düşüb. Nəticədə gənc xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş