Təyyarə qəza siqnalı verməyib – Yeni detallar

11-11-2025, 17:52           
Təyyarə qəza siqnalı verməyib – Yeni detallar
Türkiyə Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğradığı yerdə aviasiya qaydalarına uyğun olaraq axtarış-xilasetmə əməliyyatları davam edir.

Bu barədə Gürcüstanın “Sakaeronaviqasiya” şirkəti bildirib.

Qeyd edək ki, Gəncədən uçanTürkiyə hərbi yük təyyarəsi Gürcüstan sərhədindən təxminən beş kilometr aralıda, Siqnaxi bölgəsində qəzaya uğrayıb. Türkiyə Müdafiə Nazirliyi təyyarənin ona məxsus olduğunu təsdiqləyib.

“Türkiyənin C-130 təyyarəsi Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra qəza siqnalı vermədən “Sakaeronaviqasiya” radarlarından yoxa çıxıb, bundan sonra müntəzəm axtarış-xilasetmə əməliyyatlarına başlayıb”, – məlumatda deylir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru