Alyaskada güclü zəlzələ baş verib 28-11-2025, 07:44 ABŞ-nin Alyaska ştatında 6 bal gücündə zəlzələ baş verib.Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.Zəlzələ Bakı vaxtı ilə 21:11-də Susitna yaşayış məntəqəsindən 14 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin episentri 80 kilometr dərinlikdə yerləşib.Sunami təhlükəsi elan olunmayıb. Facebook-da paylaş