ABŞ-də barəsində ölüm hökmü çıxarılan şəxs 27 il həbsdən sonra bəraət alıb

28-11-2025, 16:18           
ABŞ-də barəsində ölüm hökmü çıxarılan şəxs 27 il həbsdən sonra bəraət alıb
ABŞ-də barəsində ölüm hökmü çıxarılan məhkum 30 ilə yaxın həbsdən sonra bəraət alıb.

Oxu.Az "Fox News"a istinadən xəbər verir ki, ağlagəlməz hadisə Luiziana ştatında baş verib.

Hazırda 60 yaşlarında olan Cimmi Dunkan 1998-ci ildə sevgilisinin 23 aylıq qızını zorlayaraq öldürməkdə ittiham olunmuş və ölüm cəzasına məhkum edilmişdi. Həmin vaxt təqdim edilən məhkəmə-tibbi sübutlar isə mübahisəli olub.

Dörd ay əvvəl isə məhkəmədə təqdim edilən köhnə ekspert rəylərinin elmi cəhətdən əsaslı olmadığı sübut edilib. Körpənin ölümünün təsadüfən boğulma ilə uyğunlaşdığı müəyyən olunaraq hökm ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru