Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var
5-12-2025, 00:11
Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb. TEREF Oxu.Az-a istinadla xəbər verir ki, hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub", - məlumatda qeyd olunub.