ABŞ-li kişi özünün düzəltdiyi təyyarə maketinin qurbanı oldu

5-12-2025, 15:38           
ABŞ-li kişi özünün düzəltdiyi təyyarə maketinin qurbanı oldu
ABŞ-nin Arizona ştatında ağlasığmaz faciə baş verib.

"The Mirror" nəşri xəbər verir ki, sərgi zamanı 60 yaşlı Rocer Uolles düzəltdiyi təyyarə maketinin özünə çırpılması nəticəsində həyatını itirib. Məlumata görə, hadisə baş verən anda gözünə gün düşdüyü üçün o, öz əl işini görə bilməyib və ağır xəsarətlər alıb.

Şahidlərin sözlərinə görə, təxminən 3 kiloqram ağırlığında olan maket Uollesin döş qəfəsinə çırpılaraq onun ürək və ağciyərini zədələyib.

Sərgi iştirakçıları ona ilkin tibbi yardım göstərməyə çalışsalar da, həyatını xilas etmək mümkün olmayıb. Rocer Uolles hadisə yerində həlak olub.

Xəbərdə bildirilir ki, Uolles təcrübəli təyyarə modelçisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru