Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb? 8-12-2025, 17:14 Cari ilin yanvar-oktyabr aylarında iqtisadiyyatın sahələri üzrə nəqliyyat və anbar təsərrüfatına 3 250,8 milyon manat investisiya yönəldilib.Bu məbləğin 2,9 milyon manatı poçt və kuryer fəaliyyətinin payına düşüb.Statistikaya əsasən, poçt və kuryer fəaliyyəti üzrə əsas kapitala yönəldilmiş investisiyalar 0,5 milyon manat və ya 14,70% azalıb.Belə ki, ötən ilin eyni dövründə bu sahəyə 3,4 milyon manat vəsait ayrılıb. Facebook-da paylaş