Bakıda orta məktəbdə müəllim vəfat edib. TEREF qafqazinfo-ya istinadla bildirir ki, hadisə dekabrın 16-da, saat 12 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsindəki 197 saylı tam orta məktəbdə baş verib.
Məktəbdə ibtidai sinif müəllimi işləyən 1979-cu il təvəllüdlü Sevda Həsənovanın vəziyyəti qəfil pisləşib. Təcili yardım çağırılsa da, o, dünyasını dəyişib. İlkin məlumatlara görə, 46 yaşlı müəllim ürək çatışmazlığından vəfat edib.