Azərbaycan Efiopiyadan qərənfil tədarük etməyə başladı

16-01-2026, 00:02           
Azərbaycan Efiopiyadan qərənfil tədarük etməyə başladı
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib.

Globalinfo.az bildirir ki, “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 72 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 146,5 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 76 % çox) 2,46 milyon ədəd (+68 %), Çindən 22,82 min ABŞ dolları dəyərində 214 min ədəd (1 il əvvəl tədarük olmayıb), Kolumbiyadan 10,14 min ABŞ dolları dəyərində (-13 %) 22,12 min ədəd (-4 %), Ekvadordan 4,12 min ABŞ dolları dəyərində (-73 %) 15,15 min ədəd (-78 %), Niderlanddan 2,44 min ABŞ dolları dəyərində (+37 %) 2,44 min ədəd (-24 %) məhsul alıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Efiopiyadan tədarük (0,62 min ABŞ dolları dəyərində 0,82 min ədəd) həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru