İtaliyada həkimlər xəstə uşağa köçürüləcək ürəyi yararsız hala saldılar

10-02-2026, 15:26           
İtaliyada həkimlər xəstə uşağa köçürüləcək ürəyi yararsız hala saldılar
İtaliyada iki yaşlı uşağa ürək nəqli üçün hazırlıqlar faciəli səhvlə başa çatıb. Həkimlər orqanı səhv buza yerləşdiriblər və bununla da onu əməliyyat üçün yararsız hala salıblar.

Bu barədə "Welt" qəzeti məlumat verib.

Qeyd olunur ki, transplantasiya Neapoldan olan uşağa edilməli idi. Uşaq erkən yaşlarından ağır ürək qüsurundan əziyyət çəkib və uzun müddət uyğun orqan gözləyib. Nəticədə uyğun orqan tapılıb və dörd yaşlı oğlanın öldüyü Cənubi Tiroldan gətirilib.

Lakin əməliyyata hazırlıq zamanı həkimlər orqanın adi buz əvəzinə quru buzla soyudulduğunu və bununla da zədələndiyini aşkar ediblər. Nəticədə orqan transplantasiya üçün yararsız hala düşüb.

Hazırda Neapol və Boltsano prokurorluqları hadisənin səbəblərini araşdırırlar. Uşaq xəstəxanada qalır və yeni donor gözləməyə davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru