Həkimlər belə bir şey görməmişdi – Uşağın qulağından GÖRÜN NƏ çıxarıldı
17-02-2026, 11:17
Uşağın qulağından çıxana həkimlər belə təəccübləndirib.
Referans Media xəbər verir ki, Vyetnamda yaşayan kiçik bir uşaq, davam edən şiddətli qulaq ağrıları səbəbindən valideynləri tərəfindən xəstəxanaya aparıldı. Endoskopik müayinə zamanı uşağın qulaq kanalının dərinliyinə yerləşmiş metal vint aşkarlanıb.
Uşağın qulaq pərdəsi vintin çıxarılması zamanı zədələnməyib. Həkimlərin diqqətli və peşəkar əməliyyatı nəticəsində uşaq qısa müddətdə sağlamlığına qovuşub. Mütəxəssislər bu əməliyyatın uğurlu olmasını böyük şans kimi qiymətləndiriblər.
Həkimlər valideynləri xəbərdar edir ki, uşaqların oyun zamanı kiçik əşyaları qulaq və ya burunlarına soxma meyli var. Belə hallarda ailələr heç bir müdaxilə etmədən dərhal mütəxəssisə müraciət etməlidir.