Mingəçevirdə şagird oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.
"32gun.az"ın məlumatına görə, hadisə Mingəçevir şəhər 3 saylı şəhər orta məktəbdə baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Elmin Kasumov hələki məlum olmayan səbəbdən oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxllaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı şagird təcili xəstəxanaya çatdırılıb.