Günay Ağamalı köməkçisini döydürüb? – Özü DEYİR Kİ...
19-02-2026, 12:26
Ana Vətən Partiyasının (AVP) sədri deputat Günay Ağamalı atası Fəzail Ağamalının yas mərasimində öz köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi, Mirizadənin AVP-dən və köməkçi vəzifəsindən ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Günay Ağamalı Pravda.az-a açıqlamasında köməkçisini döydürməsi barədə iddiaları təkzib edib.
“Bu məlumat kökündən yanlışdır. Belə bir hadisə olmayıb. Kiminsə partiyadan ayrılması isə könüllü seçimdir. Normaldır...” - G.Ağamalı bildirib.