Günəşdə nəhəng plazma atılması qeydə alındı: Yer üçün təhlükə var?

4-03-2026, 11:08           
Günəşdə nəhəng plazma atılması qeydə alındı:
Günəş səthindən irimiqyaslı günəş protuberansı ayrılıb. Bu plazma kütləsinin şimal qütbü istiqamətində hərəkət etdiyi müəyyən edilib.

Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası rəsmi "Telegram" kanalı vasitəsilə yayıb.

Bildirilib ki, Günəş ətrafında formalaşan bu plazma strukturunun ölçüsü təxminən bir milyon kilometrdir. Qeyd olunub ki, iri protuberanslar kosmik hava şəraitinin ən riskli elementlərindən hesab edilsə də, onların Yerə birbaşa təsiri nadir hallarda müşahidə olunur.

Məlumata görə, müşahidə zamanı obyekt Günəşdən planetlərin orbit müstəvisinə perpendikulyar - demək olar ki, şaquli istiqamətdə yuxarı doğru hərəkət edib.

Laboratoriya nümayəndələri oxşar hadisənin sonuncu dəfə 2025-ci ilin noyabrında qeydə alındığını xatırladıblar. Mütəxəssislər bildiriblər ki, hazırkı trayektoriya nəzərə alınarsa, bu hadisə Yer üçün heç bir təhlükə yaratmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru