Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb

7-03-2026, 09:18           
Masallıda tüfənglə insident törədən şəxs saxlanılıb
Martın 6-da saat 17 radələrində Masallı şəhərinin ərazisində baş verən silahlı insident nəticəsində 34 yaşlı Ramazan Rzayevin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Moderator.az-a verilən məlumata görə, Masallı şəhər sakini 36 yaşlı İ. Əkbərli aralarında yaranan şəxsi münaqişə zəminində ov tüfəngindən R. Rzayevin ayaq nahiyəsinə xəsarət yetirib.

İ. Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb və ondan hadisəni törədən zaman istifadə etdiyi tüfəng aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru