“McDonald’s” dan qəribə addım: Telefonunu doldurmaq istəyirsənsə, pedal çevirməlisən

Bu gün, 15:44           
“McDonald’s” dan qəribə addım: Telefonunu doldurmaq istəyirsənsə, pedal çevirməlisən
Çində bəzi “McDonald’s” filiallarında müştərilərin velosiped pedalı çevirərək telefonu enerji ilə doldurduğu xüsusi masalar diqqət çəkir.

Sistemə əsasən, müştərilər yemək yeyərkən masaya inteqrasiya edilmiş velosipedin pedallarını çevirirlər. Bunun nəticəsində yaranan elektrik enerjisi USB çıxışı vasitəsilə telefonu enerji ilə doldurmaqda istifadə olunur.

Məlumata görə, bu tətbiq əvvəlcə bəzi filiallarda sınaq məqsədilə quraşdırılıb. Daha sonra sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilərin diqqətini cəlb edib.

Bəzi istifadəçilər ideyanı “fast-food və idmanın maraqlı birləşməsi” kimi qiymətləndirib. Digərləri isə tətbiqin praktik əhəmiyyətinin az olduğunu və daha çox diqqət cəlb etmək məqsədi daşıdığını düşünür.

Layihənin əsas məqsədinin yalnız telefonları şarj etmək deyil, müştərilərə enerji istehsalını praktiki şəkildə göstərmək və ekoloji maarifləndirməyə diqqət çəkmək olduğu bildirilir.

Qeyd edək ki, bu cür interaktiv həllərin restoran sektorunda müştəri təcrübəsinin dəyişməsinə təsir edə biləcəyi və gələcəkdə restoranların yalnız qida deyil, fərqli təcrübələr də təqdim etməsinin mümkün olduğu qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru