Fransada məşhur prodüser və həyat yoldaşı qəzada öldülər

Dünən, 15:18           
Fransada məşhur prodüser və həyat yoldaşı qəzada öldülər
Fransalı kinoprodüser Nikolas Altmayer və onun həyat yoldaşı, "Dior Couture" brendinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Matilda Favyer Fransanın qərbində baş verən yol-nəqliyyat hadisəsində həlak olublar.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti cütlüyün yaxınlarına istinadən məlumat yayıb.

Məlumata görə, De-Sevr departamentində Altmayer və Favyerin olduğu minik avtomobili yük maşını ilə toqquşub. Hər iki şəxs hadisə yerindəcə keçinib.

Fransanın "Mandarin" prodüser şirkətinin rəhbəri olan Altmayer "Gənc və gözəl" (Jeune & jolie, 2013), "Evdə" (Dans la maison, 2012), "Şokolad" (Chocolat, 2015) kimi tanınmış filmlərin, eləcə də bir sıra teleserialların ərsəyə gəlməsində iştirak edib.

Favyer isə 10 ildən çox müddətdə "Dior Couture" brendində rəhbər vəzifədə çalışıb. O, əvvəllər "Prada" şirkətində və "Glamour" jurnalında da fəaliyyət göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru