“Yaxın Şərqdəki bütün ABŞ bazaları məhv edilib“ - “Xatəm əl-Ənbiya“

26-03-2026, 10:34           
“Yaxın Şərqdəki bütün ABŞ bazaları məhv edilib“ -
İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib və Amerika qoşunlarının bölgədən çıxarılmasını tələb edir.

"Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib.

"Bölgədəki bütün ABŞ bazaları məhv edildiyindən, amerikalı komandirlər və hərbçilər qaçaraq bazaların xaricindəki sığınacaqlarda gizlənirlər. Biz onları axtarırıq və bölgə sakinlərini gizləndikləri yerləri bildirməyə, eyni zamanda öz təhlükəsizliklərini təmin etmək üçün ABŞ hərbçilərinin bölgədən çıxarılmasını tələb etməyə çağırırıq", - deyə o, brifinq zamanı bildirib.

Qeyd edək ki, İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın müəyyən etdiyi şərtlər daxilində və müddət ərzində mümkün olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru