Hörmüzdə 3 min gəmi yığılıb qalıb

1-04-2026, 00:11           
Hörmüzdə 3 min gəmi yığılıb qalıb
İran ətrafındakı münaqişə səbəbindən Hörmüz boğazında üç min gəmi yığılıb, keçid verilməsini gözləyir.

Tribuna.az xəbər verir ki, bu barədə “Radio-1” radiostansiyası Dubay limanında çalışan nəqliyyat şirkətlərinin nümayəndələrinə istinadla məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, nəqliyyat şirkətləri Ərəbistan yarımadasından keçən dəniz hissələrini quru hissələri ilə birləşdirərək marşrutları yenidən qurmağa məcburdurlar. Bu, daşınma xərclərinin 200%-dən çox artmasına və çatdırılma müddətinin üç dəfə artmasına səbəb olur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını açmaq üçün İranı nə qədər hədələsə də, islam respublikası israrla bunu etmir. Gəmilər isə boğaz ətrafında yığılmaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru