Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance" daha 5 kriptovalyutanı listinqdən çıxarmaq qərarı verib.
Valyuta.az xəbər verir ki, birjanın yaydığı məlumata əsasən, "Automata" "Network", "Harvest Finance", "Enzyme", "Phoenix" və "Syscoin" tokenləri 27 may tarixində Bakı vaxtı ilə saat 07:00-dan etibarən bütün ticarət cütlükləri ilə birlikdə platformadan silinəcək.
Şirkət bildirib ki, bu tokenlər üzrə depozit əməliyyatları 28 maydan etibarən dayandırılacaq. Çıxarış əməliyyatları isə 27 iyul tarixindən sonra mümkün olmayacaq.
"Binance" həmçinin qeyd edib ki, istifadəçilər delist edilən tokenlərlə bağlı vaxtında addım atmadığı halda, şirkət həmin aktivləri avtomatik şəkildə stabil kriptovalyutalara çevirmək hüququnu özündə saxlayır. Bu prosesin 28 iyuldan sonra həyata keçirilməsi planlaşdırılır.