Tramp Azərbaycana səfir təyinatı üçün Aleksandr Aldeni seçdi
3-06-2026, 00:11
Donald Tramp Azərbaycanda ABŞ səfiri vəzifəsinə Virciniya ştatından Aleksandr Alden namizəd göstərilib. Onun namizədliyi təsdiqlənməsi üçün ABŞ Senatına təqdim olunub. Aleksandr Alden uzun illər ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda müxtəlif yüksək vəzifələrdə çalışıb. O, həmçinin dövlət katibinin Avropa məsələləri üzrə müavini kimi fəaliyyət göstərərək ABŞ ilə Avropa İttifaqı arasında münasibətlərin gücləndirilməsi istiqamətində iş aparıb. ABŞ-nin Azərbaycandakı əvvəlki səfiri Mark Libbi 2024-cü ilin dekabrında səhhətində yaranan problemlərlə əlaqədar vəzifəsindən ayrılıb. Hazırda ABŞ-nin Bakıdakı diplomatik missiyasına ötən ilin iyul ayından müvəqqəti işlər vəkili Emi Karlon rəhbərlik edir. Sarvan Səmədoğlu TEREF