Azərbaycanda ailə DƏHŞƏTLİ QƏZAYA düşdü: İçində bir yaşlı körpənin də olduğu maşın 50 metr hündürlükdən AŞDI

Dünən, 07:39           
Azərbaycanda ailə DƏHŞƏTLİ QƏZAYA düşdü: İçində bir yaşlı körpənin də olduğu maşın 50 metr hündürlükdən AŞDI
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb.

Qəza zamanı avtomobildə olan dörd nəfər xəsarət alıb. Yaralananlar Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Elbrus Fərman oğlu Qafarov, Sumqayıt şəhər sakinləri - 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü Samir Seymur oğlu Qafarov və 2025-ci il təvəllüdlü Məryəm Əmir qızı Məmmədovadır.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru