DTX-nın tutduğu baş redaktor məhkəmə zalından azadlığa buraxılıb

25-07-2018, 16:03           
DTX-nın tutduğu baş redaktor məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İrəvan Press” qəzetinin hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Abbasov barəsində şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, A.Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub. O, 25 nəfər zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru