Göyçayda MMC-nin sədri Kərəm Həsənovu saymadı - İDDİA

2-12-2015, 17:05           

Bir qədər əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Göyçayda keçirdiyi növbəti vətəndaş qəbulunda ciddi insindent baş verib. Qəbula gələn sakinlərdən daxil olan məlumata görə, Qurbanov Mübariz Həmid oğlu adlı sürücü komitə sədrinə intihar edəcəyini bildirib. Sədr əvvəlcə söhbətin nədən getdiyini başa düşməyib. Mübariz Qurbanov Komitə sədrinə bildirib ki, illər boyu işlədiyi Göyçay Avtonəqliyyat MMC-nin sədri Arif Əliyev ona məxsus maşını vermir. Sürücü deyib ki, indiyə qədər müraciət etmədiyi instansiya qalmayıb, amma ona məxsus olan maşına hələ də sahiblik edə bilmir.

Onun bu şikayətindən sonra Komitə sədri Arif Əliyevin dərhal qəbula çağırılmasını tələb edib. Qəbula gələn Arif Əliyev sədrə söz verib ki, Mübariz Qurbanovun problemini həll edəcək. Amma komitə sədri gedəndən sonra Əliyev Mübariz Qurbanovu təhqir edib , Sürücü təkrar Kərəm Həsənova müraciət edəcəyini bildirib. Arif Əliyevin bu dəfə Komitə sədrinin arxasınca danışıb.

Mənbənin dediyinə görə, Avtoqnəqliyyat MMCnin sürücüləri Arif Əliyevin əməllərindən bezərək, Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında aksiya keçirməyə hazırlaşırlar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]