Cəbrayıl Xanlarovdan Kəmaləddin Heydərova daha bir zərbə – FOTOLAR

8-12-2015, 21:29           
Cəbrayıl Xanlarovdan Kəmaləddin Heydərova daha bir zərbə – FOTOLAR
Bir müddət əvvəl ölkə mətbuatı Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsus villanın sökülməsi ilə bağlı məlumat yaydı. Qısa xatırlatma üçün bildirək ki, yayılan xəbərdə Bilgəhdəki 4 mərtəbəli villanın dəyərinin 15 milyon dollar olduğu və dizaynın İtaliyalı memarlar tərəfindən verildiyi qeyd olunurdu.
Mötəbər mənbədən NUH İnformasiya Agentliyinə daxil olan məlumata görə, əslində sökülən villa Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova deyil, fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova məxsusdur. Sadəcə, Prezidentin qəzəbindən yayınmaq və FHN şefinin nüfuzunu qorumaq üçün sökülən villanın guya Agentlik rəhbərinə məxsus olması söhbəti ortaya atılıb. Daxil olan məlumatdan o da bəlli olur ki, əslində Cəbrayıl Xanlarova məxsus villa Xızının Qızıl Qazan kəndındə, Prezıdentin iqamətgahı ilə qonşuluqda yerləşir.
Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]