Qobustan icra hakimiyyətində məmurlar əlbəyaxa davaya çıxdı - Başçı arada qaldı...

5-01-2016, 19:30           
Qobustan icra hakimiyyətində məmurlar əlbəyaxa davaya çıxdı - Başçı arada qaldı...
Qobustan rayonunda qarşılıqlı borclara görə Qaz idarəsi İşıq idarəsinin qazını kəsib. Nəticədə İşıq idarəsi də rayon Qaz idarəsinin işığını kəsməli olub. Sonda hər iki idarə rəisi arasında əlbəyaxa dava olub. Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları gəlib. Məsələyə müdaxilə edən icra başçısı Adil Məmmədov hər iki idarə rəisini xeyli danlayıb.
Müxbirimizin məlumatına görə, hələ də tərəflər “işıq-qaz” məhdudiyyətini aradan qaldırmayıb. Problemlə bağlı icra hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. /Nuh.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru