AZAL 1,9 milyon dollar dəyərində xidmət ixrac edib

3-04-2025, 15:44           
AZAL 1,9 milyon dollar dəyərində xidmət ixrac edib
Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 1,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında qeyd edilir.

Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 900 min ABŞ dolları və ya 90 % çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında AZAL-ın ixrac gəlirləri 1 milyo ABŞ dolları təşkil edir.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru