Oyuncaq "Aston Martin" həqiqi avtomobil qiymətinə satılır

6-09-2025, 12:58           
Oyuncaq "Aston Martin" həqiqi avtomobil qiymətinə satılır
Retro avtomobillərin və superkarların dəqiq surətlərini hazırlaması ilə tanınan "Amalgam" şirkəti 1:8 miqyasında "Aston Martin Valkyrie" modelini təqdim edib.

Auto.ru xəbər verir ki, Böyük Britaniyada oyuncaq avtomoblin qiymətləri 14 740 funt sterlinqdən (təxminən 33 900 manatdan) başlayır.

Masaüstü "Aston Martin" avtomobil istehsalçısının orijinal çertyojlarına əsasən və markanın dizaynerlərinin iştirakı ilə hazırlanıb. O, şirkət tərəfindən tam təsdiq olunub.

"Amalgam" kupe və rodster kuzovlu "Valkyrie" modellərinin cəmi 398 nümunəsini istehsal edəcək. Orijinal superkarın tirajı isə daha azdır - cəmi 275 avtomobil.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]