AYNA telekanal açır?- Qəribə tender

27-11-2025, 07:24           
AYNA telekanal açır?- Qəribə tender
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maraqlı bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu “İT avadanlıqları və lisenziyaların” satın alınmasını reallaşdıracaq.

“CASPEL” MMC ilə bağlanılmış müqavilənin dəyəri isə 2 milyon 33 min 646 manat təşkil edir.

Alınacaq malların siyahısına diqqət etddikdə isə belə məlum olur ki, AYNA özünə telekanal açmaq fikrindədir. Belə ki, satın alınacaq mallar arasında səs yazılarının montaj avadanlığı, kameralar, ştativlər, üzərində “Ayna” sözü yazılmış mikrofonlar, habelə dronlar mövcudddur. Həmçinin onların arasında müxbirlər üçün simsiz əl mikrofonları da nəzərədə tutulub.

Bakının və ölkənin ictimai nəqliyyatından məsul olan AYNA-nın TV açmaq qərarına gəlməsinin dəqiq səbəbi məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]