YÜK VƏ YOL – Əsl Həyat Dərsi
24-10-2025, 16:54

Bir vaxtlar yollar tozlu idi, camaat kasıb olsa da, amma güclü idilər.
İki hambal yola çıxır; biri cavan, biri qoca. Gənc öz-özünə düşünür:
-Bu qoca bu yüklə uzağa gedə bilməz, yorulsa, ona kömək edərəm.
Qoca bir az getdi, sonra dedi: “Gəl bir az ara verək”.
Gənc təəccübləndi:
-Hələ tərləməyə başlamamışam!
Qoca dayandı, yerdə oturub dincəldi.
-Bir az dincələk, sonra yenə yolumuza gedərik.
Gənc hirsləndi: “Bu adam məni ləngidir”.
Bu vaxt birdən gəncin dizləri boşaldı.
Kürəyindəki çantalar sürüşdü və o, yerə yıxıldı.
Gözünü açanda gördü ki, qoca hambal həm öz yükünü, həm də onun yükünü kürəyinə atıb.
Qoca ona su verdi və qolundan tutub dedi:
-Gəl oğlum, yavaş-yavaş gedəcəyik. İstirahət etmək ayıb deyil." Sonra əlavə etdi:
-İllərin hambalıyam mən. Bir çox güclü gənclər istirahət edə bilməyib, yükü ilə torpağın altına gediblər. Bizim işimiz yükü daşımaqdır, altında əzilmək deyil.
Axşam saatlarında dincəlin. Səhər isə, yenidən yükünüzü daşıya bilərsiniz.
Amma bilin ki, dincəlmədən gedənlər yolun sonunu görə bilmirlər.
Həmin gün gənc çox şey öyrəndi.
Öyrəndi ki, həyat özü də hambaldır...
Ona görə, bəzən “dayanmaq” lazımdır.
Bu gün bəlkə sizin də yükünüz var: borc, qorxu, keçmiş, yorğunluq...
Unutmayın - hər bir yük ancaq daşıdığınız qədər ağırdır.
Bir anlıq durun, nəfəs alın, dincəlməyə vaxt ayırın.
Səhər yenə davam edərsən.
Amma bu dəfə əzilmədən.
“Yaşamaq ağac kimidir, tək olduqda azaddır,
meşə kimi olduqda, qardaşlıq içində...”
Nazım Hikmət
TEREF

