“Bu hala necə gəldin? Mənə bunu öyrət!”
28-10-2025, 12:54

Bir dərviş çay kənarında dəstəmaz alarkən suyun içində çox dəyərli bir daş görür. Daşı götürüb çantasına qoyur və yoluna davam edir. Axşam üstü bir yerdə dincəlmək üçün oturur. Bu arada boxçasını açır və çörəyindən, pendirindən yeməyə başlayır. O zaman yaxından keçən bir diləncini də süfrəyə dəvət edir və yemək təklif edir.
Bu ara diləncinin gözü çantadaki daşa sataşır.
O, dərvişə, “Allah rizası üçün bu daşı mənə vərərmisən?” söyləyir.
Dərviş daşı çantasından çıxarır və dilənciyə verir.
Dilənci daşı alıb gedir. Amma ertəsi gün səhər yenidən geri dönür və dərvişə belə bir sual edir :
“Bu daşın nə qədər dəyərli olduğunu bilirmiydin?”
Dərviş, “Bəli” deyə cavab verir.
Dilənci təkrar soruşur: “Yəni, bunu satınca ömrün boyunca zəngin bir həyat sürəcəyini bilirmiydin?”
Dərviş eyni cavabı verir: “Bəli”
Bunun üzərindən dilənci, “Bəs bu daşı necə asan bir şəkildə mənə verdin?” deyə sual eyləyir.
Dərviş, “Allah rizası üçün istədin, ona görə.” deyə cavab verir.
Dilənci , “Bu daşı bu gün sənə geri gətirdim. Bunun yerinə daha dəyərli bir şey ver.” deyə dərvişə səslənir.
Dərviş heyrətlə soruşur: “Bunun yerinə nə istəyirsən?”
Dilənci dərvişə belə cavab verir: “Bu hala necə gəldin? Mənə bunu öyrət!”
Murad Dadaşzadə

