Türkmənçay-Osmanlı-Rusiya-Qacar savaşı, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi

30-10-2025, 08:04           
Türkmənçay-Osmanlı-Rusiya-Qacar savaşı, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi
Türkmənçay müqaviləsi barədə çox alimlərdə fikir var ki, Rusiya imperiyası Qacar dövləti ilə saziş imzalayıb Azərbaycanı iki yerə parçalamaqda məqsədi indiki İran ərazisinə Hindistanın Kəlküttə və Mədrəs şəhərlərində dörd qaraçı tayfasının birləşməsindən yaranan indi erməni adlanan boşaların Azərbaycan torpaqlarına köçürülməsi olub. İllərdir də hər kəs bu barədə danışanda bunu iddia edirlər.
Lakin əslində hadisələr ilkin zamanda bu cür planlanmamış idi. Türkmənçay müqaviləsinin imzalanmasında əsas hədəflərdən biri indiki İranda yaşayan və bura Hindistandan köçürülən qaraçıları Osmanlı dövlətinin 13 vilayətinə köçürülməsi barədə razılaşma idi.
Rusiyanın bu planı Osmanlı torpaqlarında qaraçıları yerləşdirib erməni adı ilə oranı ikiyə parçalamaq idi. Çünki o dövrdə, bölgədəki üç dövlət - Rusiya, Osmanlı və Qacarlar bir-birinə düşmən idi. Bura hər üç dövlətin marağındaydı. Amma dünyanı idarə edən Britaniya idi, xəritəni o müəyyən edir və təsdiqləyirdi.
Tarixin ayrı-ayrı dövrlərində bir-biri ilə
müharibə edən bu üç dövlətin əsas
hədəfi Azərbaycanı ələ keçirmək idi.
Rusiyanın Türkmənçay müqaviləsinə qədər Azərbaycanla bağlı hazır proqramı vardı, buranı tamamilə ələ keçirmək istəyirdi.
Türkmənçay müqaviləsinin bizə təqdim olunan mətni orijinal deyil. Eyni zamanda, İran və Rusiya mənbələrində olanlar da orijinal deyil. Müqavilənin hazırda orjinal sayılan nüsxəsi fransız dilində olandır və orda olan maddələr rus dilinə çevriləndə aşağıdakı dəyişiklər olur:
1) Türkmənçay müqaviləsi Peterburqdan Qriboyedov və digər rus hərbçi və diplomatlara çatandan sonra 4-cü və 13-cü maddələr tamamilə dəyişir, 14-cü maddədə qeyd edilən: "Hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər"- sözünə erməni adı salınır.
Qeyd edim ki, bu sırf qaçqınlarla bağlıdır ki, qaçqınların az hissəsi ermənilər idilər. Qalanı xanlıqlardan İrana köçən türklər idi) hüquqları əlavə edilir.
2) 12-ci və 15-ci maddələr isə Peterburq nüsxəsində yox idi.
3) 4-cü maddədə yazılır: "sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq, o dağların zirvəsindən keçir...." sözləri sonradan redaktə edilib. Orjinal fransız variantında yazılır: "sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Ağrı zirvəsindən..."
Lakin sonradan danışıqlar zamanı Rusiya tərəfi qəfildən qərarı dəyişir və ermənilərin Osmanlı torpaqlarına deyil, İrəvan şəhərinə, qismən də Zəngəzur ərazisində yerləşməsini tələb edir. Çünki Osmanlılar ermənilərin öz ərazilərinə deyil, Rusiya tabeçiliynə yeni keçən İrəvana köçürülməsinə razı sala bilir və bununla bağlı bəzi güzəştlərə də gedir.
Nəticədə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürüldü. Tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: "Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik".
Qafqazdakı rus qoşunlarının komandanı general İ.F.Paskeviç Çara yazdığı məktuba fikir verin: "Adərbəycan itkisi ilə ingilis məmurları gəmilərə minə bilərlər. Zati-aliləri mənim vasitəmlə ermənilərin Adərbəycana köçürülməsi üçün qəbul edilmiş üsullar və onların hazırda rayonlarımızda məskunlaşdırılması haqqında daha etibarlı məlumat əldə etməkdən məmnun qaldınız."
Əslində, Böyük Azərbaycanı iki yerə bölən Türkmənçay müqaviləsi həm də ingilis-rus razılaşması idi ki, Rusiya burada İngiltərəni aldadıb Qafqazdan çıxardı.
Prof. Dr. Zaur Aliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru