Ata -Oğul-Qız - "Müqəddəs Ruh "

27-10-2025, 17:38           
Ata -Oğul-Qız -
Heyrət ediləsi odur ki, Fəzail Agamalı kimi hec kimə lazım olmayan , mənasız ,ictimai- siyasi proseslərə təsiri , cəkisi və dəxili olmayan bir insan ,padnoşkada bu qədər yolu necə gəlib?
Ailə partiyası deyib illərlə alay etdik. Amma, sonda məlum oldu ki, lag və aglar günə qalan millətin özü olub .
Ailə partiyası deyib kecməyin ..
Cənab Ağa - malı Ana Vətənin " zorlanmasında" fəal iştirakına görə Elcibəy hakimiyyətindən üzü bəri bir gün boş qalmayıb.
1992–1994-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi vəzifələrinə qədər gedib cıxıb.
Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V, VI çağırış deputatı adı ilə mükafatlandırılıb.
"Şöhrət" və "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.
Aylıq 8-10 min manat maaş,pensiya , yüksək və ömürlük təminat.
Siyasətə ,əxlaqa tüpürərək, millətin iradəsini zorlatmaq yolu ilə qızını öz yerinə deputat təyin etdirə bilib.
Bu gün ,belə bir adam da öz damazdığına şübhə ilə baxır ki, " mənim oğlum təhlükəli insandı. İctimai siyasi proseslərə buraxmaq olmaz ".
Amma, bəlkə bu da bir siyasi gedişdi.
Fəzail Ağamalı öz oğlunun "siyasi istedadını" və "qabiliyyətini" hakimiyyət daxili hansısa qrupa canlı - canlı nümayiş etdirdi ki, bu elə- belə damazlıq yetişdirməyib , onu qorumaq və gələcək planlarda istifadə etmək lazımdır.
Varisin təqdimatı pis kecmədi.
Alma agacənın dibinə alma düşər, armud düşməz ki, ..
Sahin Necefov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]