KAİNAT BÖYÜK “QARA DƏLİK” OLA BİLƏR!..

5-11-2025, 08:04           
KAİNAT BÖYÜK “QARA DƏLİK” OLA BİLƏR!..
Xüsusilə Nev Haven Universitetindən Nikodem Poplavski tərəfindən müdafiə edilən bir fikrə görə, Kainatımızın varlığından sonra, Böyük Partlayış vasitəsilə genişlənməsini mümkün edən ilk toxum, əslində qara dəliyin içində meydana gələ bilən bir quruluşdur.
Üstəlik, bu toxumdan saysız-hesabsız miqdarda istehsal edilə bilər... Bu, Çoxlu Kainatlar Nəzəriyyəsinin təməlini qoyur.
Bu fikrə görə, Kainatı yaradan toxum, eynilə bir bitkinin toxumu kimidir. Tələb olunan materiallar son dərəcə sıx və çıxarılan formada qoruyucu zirehdə saxlanılır. Bu tərif birbaşa qara dəliyi təsvir etmək üçün də istifadə edilə bilər. Qara dəlik yanacağı tükənmiş nəhəng ulduzun cəsədidir. Cazibə qüvvəsi inanılmaz güclə hər şeyi öz mərkəzinə doğru çəkir, atomlar parçalanır, temperatur 100 milyard dərəcəni keçə bilər, elektronlar parçalanır və getdikcə “sıxılmış” vəziyyətdə qara dəliyin “içində” yox olurlar.
Eynşteynin nəzəriyyələrindən istifadə edərək, qara dəliyin içində nə olduğunu anlamağa çalışsanız, sonsuz sıx, sonsuz kiçik nöqtə və ya bir toxum tapacaqsınız. Bu, "təklik" adlanan anlayışdır. Bununla belə, sonsuzluq Kainatda çox rastlaşdığımız bir şey deyil. Buna görə də Eynşteynin nəzəriyyələri bu nöqtədə ilişib qalıb.
Dr. Poplavskinin fikirləri bu məqamda gündəmə gəlir. Hesablamalara görə, qara dəliklərə daxil olan maddə müəyyən bir nöqtəyə qədər parçalandıqdan sonra daha sıxıla bilməz. Bu toxum inanılmaz dərəcədə kiçikdir və milyardlarla ulduz kütləsinə malik ola bilər. Ancaq təklikdən fərqli olaraq, o, real struktur ola bilər.
Dr. Popalvskiyə görə, sıxılma prosesi bir nöqtədə başa çatır, çünki qara dəliklər öz ətrafında fırlanan cisimlərdir. Bu fırlanma o qədər sürətlidir ki, yəqin ki, işıq sürətinə yaxın bir sürətdən danışırıq. Bu fırlanma artıq sıxılmış toxumu ağlasığmaz torklara (dönmə anları) məruz qoyur. Beləliklə, toxum yalnız kiçik və ağır deyil; həm də bükülür və sıxılır.
Bu, üzərinə qoyulan yüklərə artıq tab gətirə bilməyəndə bir anda əriyə bilər. Eynilə Böyük Partlayış kimi... Dr. Poplawski bunu "Böyük sıçrayış" adlandırır.
Onun fikrincə, qara dəliklər iki kainat arasında birtərəfli qapıdır. Əgər qara dəliyə düşsəniz, sizdən qalan parçalar sonda başqa bir kainata çatacaq. Unudulmamalıdır ki, bu başqa kainat bizim Kainatın içində deyil. Qara dəlik sadə bir əlaqədir.
Biz də əvvəlki və köhnə qara dəliyin məhsulu ola bilərik. Ona “Kainat Ana” deyə bilərsiniz. Bu toxum bizdən əvvəl qara dəlikdə yoğrulmuş və istehsal edilmişdir. Nəhayət, təqribən 13,8 milyard il əvvəl daha dözə bilməyib sıçrayıb.
Kainatımız o vaxtdan bəri sürətlə genişlənsə də, unutmaq olmaz ki, Kainat dediyimiz bu qara dəliyin hadisə üfüqünün arxasındayıq, çünki biz hazırda nə baş verdiyini görə bilməyə bilərik.
Esmira ŞÜKÜROVA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru