HİPPOKRAT DÜNYAMIZA HANSI MESAJLARI GÖNDƏRİB
20-11-2025, 10:04

Qərb təbabətinin atası kimi tanınan Hippokrat bəşər tarixində xüsusi yer tutur. Eramızdan əvvəl 460-cı ildə Qədim Yunanıstanda anadan olan Hippokrat, təkcə tibbə deyil, həm də fəlsəfəyə və sağlamlığın ümumi anlayışına təsir edən geniş bir miras qoyub gedib.
Onun tibb elminə verdiyi töhfələr həqiqətən də çığır açan olub. Onun inkişaf etdirdiyi etika və tibbi təcrübə prinsipləri bu gün də aktuallığını qoruyub saxlayır. Lakin Hippokratın müdrikliyi tibbdən daha da irəli gedir - onun harmoniya, mülayimlik və bədənlə ağıl arasındakı əlaqə haqqında fəlsəfi fikirləri, bu gün də ilhamverici olaraq qalır.
Antik dövrün ən müdrik həkimindən dərin mənalı sitatların bir seçimini təqdim edirik:
1. Çox vaxt ən yaxşı dərman onsuz keçinməkdir.
Bəzən bir xəstəlik və ya problemlə mübarizə aparmağın ən yaxşı yolu müdaxilələrdən və dərmanlardan çəkinməkdir. Bu yanaşma bədənin özünü sağaltma gücünü və bəzən azın daha çox olduğu fikrini vurğulayır.
2. Əgər həyat tərzinizi dəyişə bilmirsinizsə, onda heç kim və heç nə sizə kömək etməyəcək. Bu deyim bizə sağlamlığımız üçün şəxsi məsuliyyəti xatırladır. Əgər insan dəyişmək istəmirsə, heç bir xarici kömək təsirli olmayacaq. Deyilənə görə, boğulan adamı xilas etmək üçün, o əlini uzatmalıdır.
3. Heç bir şey səbəbsiz baş vermir. Əgər bir şey baş verərsə, deməli, bu, bir səbəbdən baş verib.
Bu sözlər həyatda səbəb və nəticə haqqındadır. Hətta xoşagəlməz hadisələrin də mənası və məqsədi var. Çox vaxt onların əhəmiyyətini yalnız zaman keçdikdən sonra başa düşürük. Bu, daxili müdrikliyin və qəbulun mənbəyidir.
4. İnsan ruhu ölümə qədər inkişaf edir.
Şəxsi inkişaf ömürlük bir prosesdir. Son günümüzə qədər öyrənirik, dəyişirik və böyüyürük. Özünüdərk və daxili transformasiya yoluna dəyər vermək vacibdir.
5. Əksər xəstəliklər özümüzə qoyduğumuz şeylərdən qaynaqlanır. Mənə nə yediyinizi deyin, mən də xəstəliyinizin nə olduğunu deyim.
Qidalanma birbaşa sağlamlığa təsir edir. Bir çox xəstəlik pis qidalanma vərdişlərindən qaynaqlanır. Hippokrat qidaya şüurlu münasibət göstərməyə çağırırdı, çünki o, həm dərman, həm də xəstəlik mənbəyi ola bilər.
Есмира Шукурова
TEREF

