Bizim ən qüdrətli dövlətlərimizdən biri də Saka (İşquz) Dövləti olub (e.ə VII-V əsrlər).

16-11-2025, 00:03           
Bizim ən qüdrətli dövlətlərimizdən biri də Saka (İşquz) Dövləti olub (e.ə VII-V əsrlər).
"Bizim ən qüdrətli dövlətlərimizdən biri də Saka (İşquz) Dövləti olub (e.ə VII-V əsrlər). Amma heç kim bu barədə danışmaq istəmir, halbuki Herodot yazırdı ki, bu dövlət o dərəcədə qüdrətli idi ki, bütün Asiya dövlətlərindən vergi alırdı."Kitabi-Dədə-Qorqud" dastanında belə yazılır ki, Dış Oğuzlularla İç Oğuzlular birləşib qalın (böyük) Oğuz Elini (Dövlətini) qurdular. Bu dövlət həmin dövlətdir. İşquz çarlığının ərazisi Güney Qafqazdan Urmiyə gölünə qədər uzanırdı".
Firudin Cəlilsoy, azərbaycanlı alim, türkoloq.
"Türklər (skiflər) həm daxilən, həm də savaşda zəhmli, bədəncə fövqəladə möhkəmdir, onlar məğlubiyyət hissi yaşadan heç nəyi qəbul etmirlər, qalib gələndə isə şöhrətdən savayı heç nə ummurlar. Skiflər 3 dəfə Asiya üzərində hökmranlığa nail olmuşdular. Onlar Fars çarı Dariusu rüsvayçı şəkildə Skifyadan qovmuş, Kuruşu bütün qoşunları ilə birlikdə öldürmüş, ordu başçısı Zorizonu əsgərləriylə birlikdə darmadağın etmişdilər. Bütün dünyanı romalılarla öz aralarında ikiyə bölən və Şərq üzərində hökmranlıq edən parflar da skitlərin törəmələridir. Bu onların dilindəki sözlərdən də məlumdur ".
Pompey Trog, Qədim Roma tarixçisi. I, II və III kitab.
"Assuriya İmperiyası türklər tərəfindən darmadağın edildikdən sonra yaranan Atropatena dövləti də skiflər (türklər) tərəfindən yaradılmışdı".
Sicilyalı Diodor, qədim Yunan tarixçisi və mifoqraf.
Qeyd: Saklar Azərbaycan xalqının etnogenezində rol oynayan əsas türk etnoslarından biridir. Ərsak, Saktala, Saki (Şəki), Balasakan, Sakatlı, Sisakan, Güney Azərbaycanda Sakan, Sakani, Sakene, Şaqali, Şakabad və s . toponimlər sak türklərinin adı ilə bağlıdır.
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru