1991 çi ilin 20 noyabrında məşum Qarakənd faciəsi baş verdi. 1 ci yazi.

21-11-2025, 11:42           
1991 çi ilin 20 noyabrında məşum Qarakənd faciəsi baş verdi. 1 ci yazi.
Azərbaycan hökumətinin elit komandası məhv edildi,xalqımız hökumətdə yaranmış boşluq səbəbindən mənfur düşmən qarşisinda duruş gətirə bilmirdi.
Hakimiyyətə iddialıları,bölgədə Qarabağ kəndlərinin erməni terroristləri tərəfindən vəhşi hücumlara məruz qalmaları nəticəsində torpağımızın hissə-hissə əldən getməsi yox,hakimiyyətə gəlmək daha çox maraqlandırırdı.Vertalyot faciəsindən sonra Mutəllibov dövrundə hakimiyyətdəki boşlugu doldurmaq,kəndlərimizin işğalını önləmək istəyən yuksək vəzifələrdə calışan, müxtəlif vasitələrlə rus imperiyasının paytaxtdakı hərbi hissələrindən silah-sursat,ağır texnika əldə edib Qarabağa göndərənlər vardı.
Şəxsən o dövr Bakı şəhər sovetinin sədri mərhum Rüfət Ağayevin bu fəaliyyətinə şahid olmuşam.(Ağdam qərargahından etdiyim zənglərə demişdi ki,"məni gecə saat 3 də də yuxudan durəuza bilərsən". Xocalı hadisəsindən sonra yanına getdim hesab sormağa,axı verdiyim məlumatı prezidentə məlumatı o da verirdi,prezident köməkçisi Gürşad Zerbəliyev də. Gözlərim ağlamaqdan şişmiş,boynumda qara yaylıq içəri girəndə,kreslosunu divara çevirib başını əllərinə alıb honkurtuylə ağlaması bu günədək gözlərim önündədir.) ,Vaxtilə Özbəkistanda pambıq işlərindən Abbas Abbasovla, orda dəri işinə baxmış (,imkanıyla Gəncəyə dönmüs Gəncədə icra başcisiykən Zobik-Ruslan tərəfindən güllələnmiş Hacı Vaqif də o çevrədə olmusdu )yaxşı qazancla Bakıya dönən,Tramvay-trolleybus parkına direktörlük edən qohumu mərhum Baba Nəzərli (sonralar MN müavini) vasitəsilə Qarabağa xeyli silah göndərmişdi. Həftə başı Ağdama Tərtərə gəlir baqaj dolu silahla,mənim siyahıyla paylayan təklifimi qulaqardına vururdu.Deyirdi ki, düşmənə qarşı vuruşacaqlar. İmkanlı adamlar ancaq maliyyə yardımı edirdilər,ruslardan silah alırdılar. O vaxt idi ki,sonralar tank batalyon komandiri olmuş hərbi zabit Nazim Bayramov Qobu hərbi hissəsindən iki tank qacırmisdi. (Xocalıda şəhid olan Milli Qəhrəman Hikmət Nəzərlinin atası olan bu şəxsin faciəli sonluğu haqda geniş yazacağam.)
91 çi ilin 11 dekabrında Şuşa icra başçisinin qətlindən sonra Xankəndinin soydaşlarımızdan təmizlənməsi, Kərgicahanin,Mesəlinin,Cəmillinin ardınca Qusçularin,Malıbəyliin boşaldılması, nəhayət 17 fevralda Qaradağlının faciəsi yuxarı instansiyalarin ciddi tədbirlər gormələrinə rəvac vermişdi.
Mütəllibov hakimiyyətinin DİN naziri Tofiq Kərimov vaxtında (zatən milis orqanı bölgədə ermənilərlə ön səngərlərdəydilər və ilk şəhidlərimiz də Goranboy cəbhəsində 3 nəfər Bərdə milis əməkdaşları olmuşdu.)) DİN -nin İslah İşləri idarəsi rəis müavini Akif Hacıyev şəxsi münasibətlər zəminində polis zabiti Camal Kərimovla hərbi hissələrdən əldə etdiyi silah-sursatı Qarabağa göndərirdi.Bu işlərin davamlı olmasından dolayı onda yeni ideya yaranir: Qaradağ ərazisindəki hərbi aviasiya aerodromundaki rus pilotlarını xeyrimizə işlətmək.Bu məsələdə onu dəstəkləyən rəisi Abdulla Allahverdiyev(sonrakı nazir) bu haqda Tofiq Kərimova məruzə edir.Nazir razılıq verəndən sonra(,hətta Zabrat aerodromundaki onun ixtiyarına helikopter verdirmisdi.)
Akif Hacıyev rus pilotlariyla danısiqlara başlayır,onlara maliyyə də ayirirlar.Bu o vaxt idi ki,o baza Şimali Qafqaza köçürulmək ərəfəsindəydi.Bu zaman Xocalı soyqırımı baş verir.Plan dəyişir,danısiqlar gedir ki,uçasi qirıcilar Dağlıq Qarabağdan keçərkən Xocalı aerodromunu bombalanmalidirlar. Həmin müddətədək artıq hərbi pilot Vaqif Qurbanov Akif Hacıyev tərəfindən cəlb olunmuş,hətta nazirlə görüsdurulmuşdür.(Bu o vaxt idi ki, Akif Hacıyevin danışdigi kimi,artıq Vaqiflə başqa adamlar da danişiq aparirdilar. Bu adamları -Mirzə və Məzahir adlı şəxsləri İnturistdə oturdub Vaqiflə danışıqlara göndərən də Surət idi.) Amma bütün karyerasını gözardı etmiş vətənpərvər,şərəfli kişi Akif Hacıyev təyyarə qaldırilandək bütün məsuliyyəti öz üzərinə göturmüsdu.Onunla bərabər hərəkət edən Rusiyadan gəlmiş İlham Babaşov adlı şəxs vətənimiz üçün xeyli maddi yardım etmişdi. Bombalanma əməliyyatında Vaqif də iştirak edəndən sonra başqa adla ölkədən ailəvi çixarilmaliydı. Hətta həyatını riskə qoyan Akif Hacıyev Vaqiflə Xocalı ərazisinə kəşfiyyat ucuşu etmisdilər.Xocalı aerodromunun bombalanması isə,Ermənistandan silah-sursatla dolu gələn təyyarələrin Xocalı aeroportuna enməsinin əngəlləmək məqsədi güdürdü.
Son anda ruslar fikirlərindən döndülər.
Artıq Vaqif Qurbanovun təklifi üzərində olan plan quruldu - Sitalçaydaki hərbi aerodromdan bombardmançi SU-25 təyyarəsini qaçırmaq.
Təsəvvür edin,Rusiyanın güclü vaxtında bu bizim hökumətlə onlar arasında hansı gərginliyi doğuracaqdı.Vaqifin əməliyyat yoldaşları Fuad,Tofik,Bəşir,Gulbudaq,Akif adlı hərbçilər olmuşdu. Bu qəhrəmanlar hər biri təltifə layiq olmalıydılar,planı həyata keçirənlər kimi,Akif Hacıyev də başda olmaqla.
Qaçirilma müddəti ərzində nazir dəyişir, və nazirlikdə bu işi bilənlər tərəfindən məlumat ruslara sızır.Həmin təyyarə betonla çəpərlənir. Amma, artıq Vaqif və təyyarəni qaçışa hazirlayan heyət üzvləri bütün riskləri boyunlarına götürürlər.Agir tonlu bombalarla yüklü təyyarəni qaldıran qəhrəman pilot Vaqif Qurbanov(ən təcrübəli pilotlarına tərəddüd etdiyi əməliyyat) haqqında məlumatların heç birində o təyyarənin neçə dəqiqə göydə hərlənməsindən, rusların qorxusundan təyyarəni Bakıda ya da yaxında heç bir aerodromun qəbul etməyə cürət etməməsindən danışilmır.Orda,əməliyyatdan öncə o vaxtlar Yevlax Yun zavodunun direktoru, hərbi işlərə yaxından kömək edən,Ali sovetin deputatı ,ölkədə artıq nüfuz sahibi olan, təyyarənin Yevlagda enməsi məsuliyyətini üstünə göturən Sürət Hüseynovdan danışilmır.O vaxt Azərbaycan hökuməti başda Müdafiə naziri olmaqla Rusiyanın qəzəbindən qorxurdular.Təyyarə qaçirilan andan Rusiya göstəriş vermişdi,görsənəndək vurulmalıdır. Yevlax aeroportuna enən,sonra Şəki yaxınlığında ot tayası altında gizlədilən SU- 25,1992 çi il aprelin 8 də qaçirilmısdir.İlk əməliyyata isə Şuşa işğal olan gün uçmuşdu.Yevlaxda uçuslara nəzarəti isə sonrakı MN Səfər Əbiyev etmişdi. Suşaya ucuş zamanı səhv koordinatina görə də Surət Səfəri möhkəm acilamışdı.
Bu yazıda mütləq iki şəxsi xatirlatmaliyam: Yevlax polis rəisi İbrahim müəllim və Yevlax aeroport rəisi Cumayev.Cumayev vertaltotla cəbhə xəttindən gətirilən və Bakıya göndərilən yaralı və şəhidlərin məsuliyyətini yuklənmiş,gecə gündüz ayaqdaydi.Bu adamlar da o vaxt bütün güclərini ortaya qoyan kişilər idilər.(ibrahim müəllim , Əliyev dövrü Astaraya başçi təyin olundu və Əlikram məsələsində girov )goturulmüsdü...
Agdərə-Goranboy istiqamətlərindəki uğurlu əməliyyatlarla Vaqif ordumuzun hücumlarına yol açmışdı.
Aşagidan uçarkən qəlpə zədəsi alan təyyarənin matorunu müavini Nüsrət Budaqov tərəfindən Gürcüstandakı zavoddan gətirtmişdi.Matorun müqabilində 5 milyon dollar tam ödənənədək Nüsrəti bir gün girov saxlamışdilarsa da,ruslar duyuq düsənədək mator ərazimizə daxil olmuşdu.
Vaqif bir gündə 4 uçüs edirdi.Vurulan günsə,Ağdamdan Sürətdən mühasirədə ki adamlarını çıxarılmasından ötəri kömək istəyən Qatır Məmmədin(Yaqub Rzayev) hayına 5 çi uçusunu etmis,Əsgərandan "şilka" ilə ardıcıl vurulmuş, 5 çi uçuşdan fiziki əldən düsən pilotumuz katapult edərkən paraşutdə güllələnmişdir.Hətta,mühafizəçi qırıcılar da yetməmisdi.Ermənilərin ərazisinə dü düşmüş Vaqifin əsirlikdə sağ qalması versiyasına görə Milli Qəhrəman adı o vaxt verilmədi və sonrakı siyasi proseslər və rusbaslarin sayəsində o "sürətçi" kimi unuduldu.Zəfər günündə oglumdək bildiyim Vaqifin əziyyətinə Ali baş komandanın verdiyi dəyəri özümə verilmiş dəyər hesab edirəm.
Ardı var...
Sabira Mahmudova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru