ƏSRİMİZİN SİYAVUŞU

5-02-2026, 12:18           
ƏSRİMİZİN SİYAVUŞU
M.Ə.Rəsulzadə
"Bisütun kitabələrindəki bir çox zaman anlaşılmayıb və hansı insanlara mənsub olduğu kəşf edilməyən üçüncü lövhənin Medya dilində yazılmış olduğu təxmin edilmişdi. Sonra Assurcanın gəlişməsi və çivi yazısının oxunuşundakı müvəffəqiyyətlər bunun Turani cinsdə bir dil olduğunda şübhə qoymadı. Assur dili bizə assur-babil mədəniyyətinin qurucuları olan daha əski qövmlərdən bəhs etdi. Bunlar şumerlərin Turani olduqlarını isbat edən vəsiqələr, Medya babında da yeni təxminlərə səbəb oldu. Fransız şərqşünaslarından Lenorman əski Şərq tarixinə aid nəşr etdiyi əsərində Medyaya «Turan Medya»sı deyir. Və dikər arkadaşına təqdim edərək buradakı qövmlərin türk olduqlarını belə iddia edir.
İran tarixinin Medyada bulduğu Aryanilər, yerlilər deyildir. Onlar buraya Şərqdən gəldilər. Buradakı yerliləri sıxışdırdılar.
Yerlilər birdən-birə təslim olmurdular. İllərlə müqavimət göstərmiş, mövcudiyyətlərini müdafiə və mühafizə etmişdilər. İranilər yerləşdikdən sonra buralar təkrar Turanilərin hücumuna məruz qalmışdır. İran-Turan savaşlarının mühüm qismi Şimali İran ilə Cənub-Şərqi Qafqasyadan ibarət olan bu ərazi üzərində cərəyan etmişdir. İskitlərin, Xəzərlərin hücumuna məruz qalan buralar uzun müddət İranın mülkü olmuşdur. Dərbənddəki tarixi qala divarlarının binasını «Dərbəndnamə» Nuşirəvana aid edir. Turanlı Tomris xanım burada bulunmuş iranlı Keyxosrovun fəci sonu Kür çayının sahilində olmuşdur.
«Anam Tomris kəsmədimi Keyxosrovun başını» *"
*Azərbaycan dastanlarından
Nika Novruzova
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru