Gün keçdi, Gün gəldi...

5-02-2026, 12:04           
Gün keçdi, Gün gəldi...
Söhbət açacağım insan şair Vaqif Səmədoğludur. Bu gün Vaqif Səmədoğlunun Allahla görüşə getdiyi gündür...2015-ci il 28 yanvar..On bir ildir ki, gedib, hələ qayıtmayıb. Nə danışıblar, nə danışırlar xəbərimiz yoxdur. Amma getməmişdən əvvəl Allaha ismarıc göndərməyə imkan tapmışdı.
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
Bir qədər sakit...bir qədər qeyri adi...bir qədər ağıllı ...bir qədər fərqli idi tanıdığımız Vaqif Səmədoğlu...Mən onun son dövr poeziyasını vurğunluqla oxuyuram. Əslində, Onun son dövr poeziyası başdan ayağa Allahla söhbətdir...Nədən yazır-yazsın, ancaq Allahla danışır: Ömür barədə, ölüm barədə, amansız dövran barədə, əbədi tənhalıq barədə, bu tənhalıqdan qurtulmaq aldanışı-qadın sevgisi və bu sevginin mümkünsüzlüyü barədə, hər şey barədə. Bütün bu söhbətlərin ana motivi birdir-Allah və ona inanıb demək istədiyi istinadgahı, dayağı, sevgisi Şeir, poeziya. Şeir, Vaqif dünyasında Allahdan sonra ən yüksək məfhumdur.
Mənim üçün qəribə gələn heyrətamiz bir şey də var Vaqif Səmədoğlu düşüncəsində: O, Azərbaycanın müstqəlliyi dövründə “sovet şairi” kimi keçmiş tarixlə tənqid olunan atası Səməd Vurğunu müdafiə etməyə heç vaxt qalxmadı, onun təbliğatı ilə məşğul olmadı...
Təbii ki, hər övlad üçün Ata hər şeydən , hər kəsdən böyükdür. Bu üzdən atasının böyüklüyünü övladdan daha yaxşı kim bilər? Böyüyün isə geniş təbliğata ehtiyacı yoxdur.
Bunu tək mən demirəm. Onun məzarını ziyarət edən hər kəs onun məzarını ziyarət edərkən qəribə bir sehrə düşdüyünü təsdiq edirlər.
“Mən burdayam, İlahi”.
Təsəvvür edin ki, məzarı üzərində yazılan bu misraları 1963-cü ildə, 24 yaşı olanda yazıb. “Mən burdayam, İlahi” cümləsi həm də sonuncu kitabının adıdır. Təqdimatda “Vaqif müəllim, siz haradasınız?” sualına “Allahın olduğu yerdə...” cavabını vermişdi.
Hamının gördüyümüz məzarüstü abidə də belə yaranıb.
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
Və yaxud da keçək "bir axşam taksidən" şerinə.. Bəli, üstündən illər keçsə də Bir axşam taksdən düşüb haraya getdiyini bilməyən Vaqif Səmədoğlunun itmiş açarını neçə vaxtdır ki, nə Vaqif tapa bildi, nə də biz..
Bu gün ölümündən düz on bir il keçir. Neynəyək?! heç nə...Bizə ancaq Vaqif Səmədoğlunu xatırlayıb "Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada.." deyərək dərindən köks ötürmək qalır.
sözardı: Vaqif Səmədoğlu milli azadlıq hərakatının sevilən nümayəndəsi olub. Xalqın toplaşdığı Azadlıq Meydanı onu sevirdi, o da bu Meydanı, xalqı. Bu gün 1989-1992-ci ilə qədər Xalq cəbhəsinin,1992--200-ci ilə qədər isə Müsavat Partiyasının üzvü olan Vaqifə və keçmiş günlərə baxanda düşünürəm ki, şairlər üçün “şair” və “partiya intizamı” kəlmələrini bir yerdə, bir taxçada görmək çətin idi. Ona görə çətindir ki, siyasi partiya siyasi azadlıq üçün mübarizə aparırsa, şairinki bir az artıqdır. Bu, bəlkə də ilahi azadlıqdır...
O ki, qaldı İsa bəylə şairin fotosuna...Bir jurnalist yazmışdı ki, "1993-cü ildə bir dəfə İsa Qəmbərdən müsahibə alırdım. Vaqif Səmədoğlu da onun kabinetindəydi. İsa Qəmbərdən bir neçə köhnə şəkil istədim. Göstərdiyi şəkillərin arasında bu foto da vardı. Soruşdum ki, bu şəkil niyə belə "yarımçıq" çəkilib ("dizdən yuxarı") Vaqif Səmədoğlu gülə-gülə dedi ki, bu şəkli Pənah Hüseynov çəkib. Fotoaparatın düyməsini basanda özü də yerindən tullandı, ona görə də şəkil belə düşüb...".
Bir neçə kəlmə də İsa bəyə olan münasibəti haqda...
-Evdə qəlyan çəkirəm. Bir dəfə İsa Qəmbər dedi ki, mənə qəlyan bağışlayıblar, çəkə bilmirəm. Tütün doldurub verdim. Qəlyan çəkməyi mən ona öyrətmişəm. İndi o siqareti atıb. Amma Müsavata gedəndə deyirlər, İsa bəydən öyrənib. Deyirəm, nə olsun, başqandı deyə məgər hər şeyi o, öyrətməlidir?
– İsa bəylə çoxdan tanışsız?
– Meydan hərəkatından. Müsavat partiyasının üzvüyəm.
– Sizcə, Əbülfəz Elçibəy güclü siyasətçidir, yoxsa İsa Qəmbər?
– Bugünkü tələbatla baxanda İsa bəy. Bəlkə də, yanılıram... Elçibəy artıq formalaşmış ölkənin prezidenti ola bilər. Onun kimi insanlar 20 ildən sonra Azərbaycana lazım olacaq.

Amma həyat göstərdi ki, İsa Qəmbər həmişə lazımdır.
Belə. Vaqif Səmədoğlunun həyatı oxuduğumuz və hələ də oxuyacağımız Bir Vaqif dramıdır ki, Bitmir, Sevilir,Oxunur, Anılır.
sözardı: Bayırda yağış yağır.Sabaha da qar deyiblər. Nədnsə Vaifin "bir yandan da bu yağış" şeri yadınma düşdü.
Gün keçdi, Gün gəldi...
Söhbət açacağım insan şair Vaqif Səmədoğludur. Bu gün onun Vaqif Səmədoğlunun Allahla görüşə getdiyi gündür...On ildir ki, yolunu gözləyirik, hələ qayıtmayıb. Amma deyim ki, başqalarından fərqli olaraq getməmişdən əvvəl Allaha ismarıc göndərməyə imkan tapdı.
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
Bir qədər sakit... bir qədər qeyri adi...bir qədər ağıllı ...bir qədər fərqli idi tanıdığımız Vaqif Səmədoğlu...Mən onun son dövr poeziyasını vurğunluqla oxuyuram. Onun son dövr poeziyası başdan ayağa Allahla söhbətdir...Nədən yazır-yazsın, ancaq Allahla danışır: Ömür barədə, ölüm barədə, amansız dövran barədə, əbədi tənhalıq barədə, bu tənhalıqdan qurtulmaq aldanışı-qadın sevgisi və bu sevginin mümkünsüzlüyü barədə. hər şey barədə. Bütün bu söhbətlərin ana motivi birdir-Allah və ona inanıb demək istədiyi istinadgahı, dayağı, sevgisi Şeir, poeziya. Şeir, Vaqif dünyasında Allahdan sonra ən yüksək məfhumdur.
Mənim üçün qəribə gələn heyrətamiz bir şey də var Vaqif Səmədoğlu düşüncəsində: O, Azərbaycanın müstqəlliyi dövründə “sovet şairi” kimi keçmiş tarixlə tənqid olunan atası Səməd Vurğunu müdafiə etməyə heç vaxt qalxmadı, onun təbliğatı ilə məşğul olmadı...Təbiim ki, hər övlad üçün Ata hər şeydən , hər kəsdən böyükdür. Bu üzdən atasının böyüklüyünü övladdan daha yaxşı kim bilər? Böyüyün isə geniş təbliğata ehtiyacı yoxdur.
Bunu tək mən demirəm. Onun məzarını ziyarət edən hər kəs onun məzarını ziyarət edərkən qəribə birsehrə düşdüyünü təsdiq edirlər.
“Mən burdayam, İlahi”.
“Məzarı üzərində yazılan misraları 1963-cü ildə, 24 yaşı olanda yazıb. “Mən burdayam, İlahi” cümləsi isə sonuncu kitabının adıdır. təqdimatda “Vaqif müəllim, siz haradasınız?” sualına “Allahın olduğu yerdə...” cavabını erdi.
Hamının gördüyü məzarüstü abidə belə yaranıb.
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
O ki, qaldı"bir axşam taksidən"şerinə, bəli, üstündən illər keçsə də Bir axşam taksdən düşüb haraya getdiyini bilməyən Vaqif Səmədoğlunun itmiş açarını neçə vaxtdır ki, Vaqif kimi tapa bilmirik...
Ölümündən düz on il keçir. Nə etməli?! Bizə ancaq Vaqif Səmədoğlunu xatırlayıb "Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada..." deməklə dərindən köks ötürmək qalır.
sözardı: Vaqif Səmədoğlu milli azadlıq hərakatının sevilən nümayəndəsi olub. Xalqın toplaşdığı Azadlıq Meydanı onu sevirdi, o da bu Meydanı, xalqı. Bu gün 1989-1992-ci ilə qədər Xalq cəbhəsinin,1992--200-ci ilə qədər isə Müsavat Partiyasının üzvü olan Vaqifə və keçmiş günlərə baxanda düşünürəm ki, şairlər üçün “şair” və “partiya intizamı” kəlmələrini bir yerdə, bir taxçada görmək çətin idi. Ona görə çətindir ki, siyasi partiya siyasi azadlıq üçün mübarizə aparırsa, şairinki bir az artıqdır. Bu, bəlkə də ilahi azadlıqdır...
O ki, qaldı İsa bəylə şairin fotosuna...Bir jurnalist yazmışdı ki, "1993-cü ildə bir dəfə İsa Qəmbərdən müsahibə alırdım. Vaqif Səmədoğlu da onun kabinetindəydi. İsa Qəmbərdən bir neçə köhnə şəkil istədim. Göstərdiyi şəkillərin arasında bu foto da vardı. Soruşdum ki, bu şəkil niyə belə "yarımçıq" çəkilib ("dizdən yuxarı") Vaqif Səmədoğlu gülə-gülə dedi ki, bu şəkli Pənah Hüseynov çəkib. Fotoaparatın düyməsini basanda özü də yerindən tullandı, ona görə də şəkil belə düşüb...".
Bir neçə kəlmə də İsa bəyə olan münasibəti haqda...
-Evdə qəlyan çəkirəm. Bir dəfə İsa Qəmbər dedi ki, mənə qəlyan bağışlayıblar, çəkə bilmirəm. Tütün doldurub verdim. Qəlyan çəkməyi mən ona öyrətmişəm. İndi o siqareti atıb. Amma Müsavata gedəndə deyirlər, İsa bəydən öyrənib. Deyirəm, nə olsun, başqandı deyə məgər hər şeyi o, öyrətməlidir?
– İsa bəylə çoxdan tanışsız?
– Meydan hərəkatından. Müsavat partiyasının üzvüyəm.
– Sizcə, Əbülfəz Elçibəy güclü siyasətçidir, yoxsa İsa Qəmbər?
– Bugünkü tələbatla baxanda İsa bəy. Bəlkə də, yanılıram... Elçibəy artıq formalaşmış ölkənin prezidenti ola bilər. Onun kimi insanlar 20 ildən sonra Azərbaycana lazım olacaq.
Amma həyat göstərdi ki, İsa Qəmbər həmişə lazımdır.
Belə.
Sözardı: Bir ateistlə Vaqid Səmədoğlu haqqında söhbət edirdim. Bilirsiz o mənə nə dedi? Dedi ki, "mən allaha, cənnətə və behiştə inanmıram. Amma Vaqif Səmədoğlu onların hansındadırsa, onunla görüşmək üçün oralara gedərdim."
Mənə isə elə gəlir ki, Vaqif Səmədoğlu hələ Allahın yanına çatmayıb və hələ bizim Yer kürəsindədir və indi Allaha deyəcək ki, "Saxlayın yer kürəsini, düşmək istəyirəm" və o, düşərək yenidən bizimlə olacaq.!
Bilirsiz qantel nədir?
Çuqundan tökülmüş,
Uzunbel səkkizə bənzər əzələ bərkidən.
Mən bir dəfə dünyanın ən ağır qantelini qaldırdım:
Telefon çağırdı məni, götürdüm dəstəyi, səs gəldi:
– Özünü ələ al, öldü...

Qüvvəm çatmadı, düşdü əlimdən dünyanın ən ağır qanteli..
Baba Allahnəzərov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru